Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna Prezidenti Petro Poroşenkoya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi dayandırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Ali Məhkəməsi qərar qəbul edib.
Qərara səbəb Saakaşvilinin vəkillərinin məhkəməni ədalətsizlikdə ittiham etməsi olub.
Qeyd edək ki, Saakaşvili fevralın 12-də Ukraynadan Polşaya readmissiya edilib.