ABŞ-ın keçmiş dövlət katibi Con Kerri hesab edir ki, İranla “Altılıq” ölkələri arasında imzalanmış saziş ləğv olunacağı təqdirdə regionda hərbi münaqişə başlayacaq.
Teleqraf.com xəbər verir ki, o, 54-cü Münhen Təhlükəsizlik Konfransında çıxışında bu fikri səsləndirib.
“Əgər biz İranla sazişi ləğv etsək, gərək mütləq onları bombalamağa başlayaq, biz isə bunu istəmirik”, - deyə eks dövlət katibi bildirib.
O əlavə edib ki, İsrail nümayəndələrinin İranla sazişin olmasına baxmayaraq, Tehranın 10 ildən sonra nüvə silahına malik olacağına dair bəyanatları ilə də razı deyil:
“Bu, korrektə olunmamış gümandır və mən bununla razı deyiləm”.