Fələstin xalqı 70 ildir öz torpaqlarında sakit yaşaya bilmir. Fələstin-İsrail münaqişəsini həll etmək üçün çoxtərəfli mexanizm yaratmaq vacibdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasında çıxış edən Fələstin rəhbəri Mahmud Abbas deyib.
O bildirib ki, özünü beynəlxalq hüquqdan üstün görən İsrail Fələstin torpaqlarında məskunlaşdırma prosesini davam etdirir.
Abbas fələstinlilərin silaha qarşı olduğunu qeyd edib:
“Silaha qarşıyıq. Silah və tanklar almaq əvəzinə məktəblər açırıq. Sülh üçün dialoq çox vacibdir. Paytaxtı Şərqi Qüds olan Fələstin dövləti yaradılmalıdır. Bunun üçün BMT-dən kömək istəyirik”.