27 Fevral 2018 17:03
2 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Afrindəki əməliyyatlarda iştirak edən tanklarını qorumaq üçün bu bölgəyə yerli istehsal olan yeni sistemlər göndəriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə naziri Nurəddin Canikli açıqlama verib.

O bildirib ki, sistemlər martdan etibarən Afrində fəaliyyətə başlayacaq:

“PULAT adlı sistemlər tanka yönələn hücumları hədəfə 8-10 metrə qalmış qarşılayır. Daha sonra AKKOR adlı yeni sistemlər üzərində işləməyə başlayacağıq. Həmin sistemlər hədəfə yönəlik hücumların qarşısını 100 metr məsafədə ala bilir. Bu tip sistemlər dünyada hələ icad edilmək üzrədir. Bizdə isə PULAT artıq döyüşlərə hazırdır”.


Müəllif: Samir

Oxşar xəbərlər