Türkiyə baş nazirinin "ermənilərin ağrıları ortaq acımızdır" deməsi ermənilərin ona qarşı rəğbətini artırıb.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Nobel sülh mükafatına namizəd ola bilər. Teleqraf.com Türkiyə mətbuatına istinadən bildiri ki, bu ölkədə yaşayan erməni camaatı Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı bəyanatının əsrlik böhranı bitirəcək addım olduğunu qeyd ediblər.
Türkiyə baş nazirinin "ermənilərin ağrıları ortaq acımızdır" deməsi türk vətəndaşı olan ermənilərdə gələcəklə bağlı ruh yüksəkliyi yaradıb. "Ankaranın uzatdığı barış əlini tutmaq lazımdır" deyən erməni camaatının ağsaqqalları Türkiyənin son addımlarını müsbət qiymətləndirib.
Baş nazir ilklərə imza atan bir liderdir deməklə "Camaatın yüksək idarəçilərindən biri olaraq deyirəm, hörmətli baş nazir bütün diləklərimizi, bütün arzularımızı yerinə yetirib. Allah ondan razı olsun. Ərdoğanın bəyanatı Türkiyə tarixində bir ilk idi. Ona hər baxımdan minnətdarıq. Bu addımları ilə gələcəkdə Nobelə namizəd ola bilər. Məncə bu mükafatı qazanmağa layiqdir. Mən ona içimdən gözəl adam demək istəyirəm. Hazırda gözlərim doldu. Mənim baş nazirinim gözəl adamdır. 1915-ci ildə baş verən hadisələrdə müsəlman qardaşlarımız da ölüb". - ,deyə erməni camaatının başçısı Bedros Şirinoğlu fikirlərini izah edib.
Erməni Universal Tolerantlıq Dərnəyi başçısı Cerri Hırimyan da Ərdoğanın başsağlığı verməsindən məmnunluq duyduğunu deyib: "Baş naziri hər kəsə ibrət olacaq gözəl bir yanaşma göstərdi. Bəzi jurnalistlərin etiraz yazılarını oxuyuram. Bu şərhə qarşı tərs yazı yazan şəxslərin ümumi mədəniyyətlərinin əskik olduğunu düşünürəm. Baş nazirimiz gözəl duyğuları ilə başsağlığı verib. Başsağlığı ən gözəl şeydir. Dünyagörüşü olan, insan sevgisi olan kəslərin bu duyğunun içində olması lazım olduğuna inanıram. Baş nazir əgər Nobelə namizəd göstərilsə biz onu alqışlayarıq. Belə bir şeyi kim istəməz. Necə ki bu kədərli hadisə dünya tarixinə keçmişsə, bu gözəllik də tarix səhifəsinə keçər. Hər şeyin bir başlanğıcı olması lazım. Bu da bir başlanğıcdır".
Erməni mətbuatında baş nazirin qondarma “Erməni soyqırımı”na görə ermənilərə başsağlığı verməsini Türkiyə tarixində bir ilk kimi şərh edilib. Erməni icmasının rəhbəri Bedros Şirinoğlu onun haqqında “Mənim nazirim gözəl adamdır” deyə bildirib və məhz bu addımı üçün Nobel mükafatına layiq olduğunu vurğulayıb. Ölkə mətbuatında erməni məsələsinin Türkiyənin ən böyük tabusu olduğu və təkcə PKK məsələsini həll etməyi belə Ərdoğanın “Nobel” alması üçün yetərli olduğu yazılıb.
"Qaldı ki, erməni məsələsində ciddi bir nəticə yaşanarsa daha çox əhəmiyyətli bir mərhələyə səbəb olar. Erməni məsələsi Türkiyənin ən böyük kabusudur". deyib.
SEVİNC