ABŞ-ın nüvə potensialı Rusiyanın nüvə fəaliyyətinə maneə yaratmaq üçün çeşidlənib və Rusiyadan gələcək hər hansı təhlükəyə qarşı tam şəkildə cavab vermək imkanındadır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri Pentaqon sözçüsü Dena Vayt deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin dünyadanın istənilən nöqtəsini bura biləcək nüvə taleyi hazırladıqlarına dair açıqlaması təəccüblü deyil.
Pentaqon sözçüsü Putinin “dünyanın hava müdafiə sistemləri bununla müqavimət göstərə bilməz”, - deyə səsləndirdiyi bəyanatı belə şərh edib: “Bu bəyanat bizim üçün təəccüblü deyil, amma Amerika xalqı əmin olsun ki, biz tam hazırıq. Nə olursa,olsun. Bu ölkəni müdafiə etməyə hazır olduğumuza əminik”.
O, ABŞ-ın raketdən müdafiə sistemlərinin yenilənməsinin Rusiyaya deyil, Şimali Koreya kimi ölkələrə qarşı olduğunu söyləyib.