İsrail əsgərlərinin Qərbi Şeriyada mitinqlərə müdaxiləsi zamanı Türkiyənin "Anadolu" agentliyinin fotomüxbiri İssam Rimavi yaralanıb.
Teleqraf.com-un məlumatına görə, əsgərlərin atdığı gözyaşardıcı qaz balonu İssam Rimavinin əlinə dəyərək zədələyib.
Qeyd edək ki, Fələstin Xalq Müqavimət Komitələrinin çağırışına əsasən yəhudi yaşayış məntəqələrinə qarşı nümayişlərin 13-cü ildönümü ilə əlaqədar Ramallahın qərbində aksiyalar keçirilir.