ABŞ müdafiə nazirinin müavini Con Con Rud ölkənin raket əleyhinə müdafiə sisteminin Rusiya və Çinə məxsus strateji arsenalı məhv edəcək imkana malik olmadığını bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin martın 1-də Federal Məclisdəki çıxışında açıqladığı yeni nəsil silahlar barəsində sualı cavablandıran Rud müdafiə sisteminin bu məqsədlə yaradılmadığını qeyd edib.
Xatırladaq ki, Putin Federal Məclisdəki çıxışında Rusiyada “məğlubedilməz” raket başlıqları və bənzərsiz silahlar istehsal edildiyini bildirib.