9 Mart 2018 16:41
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin qəbul etdiyi yeni qərar Fələstinin Şərqi Qüdsdə nüfuzuna xələl gətirə bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Avropa Birliyi Xarici Əlaqələr İdarəsinin bəyanatda yer alıb.

Bəyanatda bildirilib ki, yəhudi əhalinin zorla Şərqi Qüdsə köçürülməsi qəbuledilməzdir:

“Bu yerləşmələr qanunsuzdur və Avropa Birliyi tərəfindən tanınmır. Bu qərarlar Fələstin-İsrail böhranını təhlükəli vəziyyətə gətirib çıxara bilər. Avropa Birliyi məsələni yaxından izləyir”.

Qeyd edək ki, İsrail parlamenti Daxili İşlər Nazirliyinə “terror təşkilatları” kimi qəbul edilən qruplarla əlaqəsi olan qüdslü fələstinlilərə qeydiyyat sənədi təqdim etməmək hüququ verən qanun qəbul edib.


Müəllif: Samir

Oxşar xəbərlər