Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin daha 3 - Ayn Darah, Basutah və Burj Abdallah kəndləri terrorçulardan təmizlənib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, son əməliyyatlar nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 3655 nəfərə çatıb.
Xatırladaq ki, ötən gün Afrin şəhər mərkəzinə daxil olan TSQ və ASO şəhərin şimal, şərq və qərb hissələrindəki strateji nöqtələrdə nəzarəti ələ keçirib.