İranlı biznesmen Əli Sədr Haşimi Nicat Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaq ittihamı ilə Virciniyada həbs edilib.
Teleqraf.com xəbər verir ki, iranlı biznesmen Venesuela ilə İran şirkətləri arasında həyata keçirilən əməkdaşlığı gizlətmək məqsədilə qonqo şirkətlərin vasitəsilə xarici bank hesabları açıb.
Hazırda iranlı biznesmenə qarşı 34 səhifəlik iddia hazırlanıb. 38 yaşlı iş adamı ABŞ maliyyə sistemindən istifadə edərək 115 milyon dolları Venesueladakı hansısa mənzil proyektinə istiqamətləndirib. Bununla da ABŞ-ın İrana qarşı tətbiq etdiyi qadağaları pozmuş olub.