14 yaşlı fələstinlini İsrail polisi müalicə aldığı Əl-Məqsəd xəstəxanasında həbs edib.
Teleqraf.com xəbər verir ki, İsrail polisi azyaşlı gənci polisə müqavimət göstərməkdə və molotov kokteyli atmaqda ittiham edir.
İsrail polisi yazılı açıqlama verərək faktı təsdiqləyib. Bildirilib ki, 14 yaşlı uşaq molotov kokteyli hazırlayan zaman özünü yaralayıb. Əlavə edilib ki, fələstinli uşaq həbs edildikdən sonra İsrail xəstəxanalarının birinə göndərilib.
Rəsmi məlumatlara görə, hazırda İsrail həbsxanalarında 7 minə yaxın fələstinli saxlanılır.