Türkiyə Baş naziri Binəli Yıldırım ilə iraqlı həmkarı Heydər əl İbadi arasında telefon danışığı baş tutub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı baş nazirlər iki ölkə arasındakı münasibətlər və terrorçuluqla mübarizə məsələlərini müzakirə ediblər.
İbadi İraq ordusunun terrorçuların Türkiyə sərhədinə hücumuna imkan verməyəcəyi ilə bağlı Yıldırımı əmin edib.