28 Mart 2018 14:52
3 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin İranla imzaladığı nüvə sazişinə düzəlişlər edilməsi mümkün deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidentinin yenicə seçilmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib:

“Mən, Amerika prezidentinin İranla bağlanmış nüvə sazişi məsələsində mövqeyi ilə tamamilə razıyam. Biz sazişlə bağlı avropalı müttəfiqlərimizlə danışıqlar aparmışıq. Lakin bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu sazişin dəyişdirilməsi mümkün deyil.

Qəbul etməliyik ki, bu razılaşma elə imzalandığı vaxtdan pis bir saziş idi. Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp çox ehtimal ki, qarşıdan gələn may ayının ortalarına qədər bu sazişlə bağlı yekun qərarını verəcək”.


Müəllif: Samir

Oxşar xəbərlər