29 Mart 2018 08:45
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kaliforniya Universitetinin alimləri yaddaşın işini yaxşılaşdıran çipi insan beyninə uğurla implantasiya etməyə müvəffəq olublar. Pentaqon tərəfindən maliyyələşdirilmiş müvafiq tədqiqat “Journal of Neural Engineering” nəşrində dərc edilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni tədqiqat zamanı alimlər tərəfindən layihələşdirilmiş xüsusi çip informasiyanın yadda saxlanması zamanı yaranan insanın beyninin impulslarını “ələ keçirir”. Bundan sonra çip həmin impulsları gücləndirir, faktiki olaraq beyni təkrara məcbur etməklə yaddaşın işini yaxşılaşdırmağa kömək edir.

Çip könüllülərin iştirakı ilə hazırlanıb. Onların hippokampına (beynin yaddaşa görə məsul sahəsi) elektrodlar implantasiya edilib. Alimlər elektrodların köməyi ilə sinir impulslarının istiqamətini müşahidə edərək xüsusi alqoritm yaratmağa nail olublar. Bu alqoritm bu və ya digər xatirələrə uyğun gələn sinir impulslarından istəniləni seçə, yaza və oxuya bilir.

Alimlər düşünürlər ki, bu sahədə sonrakı işləmələr hazırda geniş yayılmış alsqeymer və demensiya xəstəliyi kimi xəstəliklər üzərində tamamilə qalib gəlməyə imkan verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər