10:10
Cənubi və Şimali Koreya nümayəndə heyətləri arasında yüksək səviyyəli görüş başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Cənubi Koreyanın Pxanmuncom bölgəsində keçirilir.
Görüş iki Koreya dövləti arasında sammitə hazırlıq məqsədi daşıyır. Bununla bağlı Cənubi Koreyanın Birləşmə naziri Con Men Qen məlumat verib.
Görüşdə Con Men Qenlə yanaşı Seul tərəfdən Qenin müavini Çon Xe Son və Cənubi Koreya prezidentinin sözçüsü Yun Yen Çxan da iştirak edir.
Pxenyan tərəfindən görüşə 3 nümayəndə qatılıb.
***
Cənubi və Şimali Koreya nümayəndə heyətləri ölkələrin liderlərinin görüşü ilə bağlı razılığa gəliblər.
Məlumatlara görə, görüş aprelin 27-də Panmunyon şəhərindəki "Sülh evində" keçiriləcək.