Qvatamelanın sabiq prezidenti, general Rios Montt 91 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. R.Montt ötən gün səhər infarktdan dünyasını dəyişib.
1982-ci ildə qiyamla hakimiyyətə gələn R.Montt hakimiyyətdə olduğu zaman 700 dinc sakinin qətlinə göstəriş verib.
2013-cü ildə o, 80 il azadlıqdan məhrum edilib. R.Montt ittihamları rədd edib.