Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Rusiyaya məxsus “Nord” gəmisini ələ keçiriblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar rus diplomatların gəmiyə minməsinə imkan verməyiblər.
Gəminin bütün əməkdaşlarının sənədləri müsadirə edilib.
Ekipaj üzvlərindən birinin verdiyi məlumata görə, sərhədçilər onlara Rusiya vətəndaşlığından imtina edərək, Ukrayna vətəndaşlığını qəbul etməklə bağlı şərt qoyublar. Onlar ancaq bundan sonra Berdyansk portunu tərk edə biləcəklər.
Rusiya Xarici İşlər Nazirliyi ukraynalı sərhədçilərin bu hərəkətini “quldurluq” adlandırıb.