ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi, general Jozef Votel YPG terror təşkilatının Suriyada ABŞ-ın müttəfiqi olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, J.Votel Türkiyənin Afrindəki əməliyyatlarının İŞİD-ə qarşı mübarizəni zəiflətdiyini qeyd edib.
"Türkiyə Afrində əməliyyata başladığı gündən kürd hərbçilər İŞİD-ə qarşı əməliyyatları dayandırıblar. YPG hazırda bizim Suriyadakı əsas müttəfiqimizdir. Hələ də orada İŞİD mövcuddur və əməliyyatların davam etdirilməsinə ehtiyac var", deyə J.Votel bildirib.
Voteldən fərqli olaraq prezident Donald Tramp ABŞ əsgərlərinin Suriyadan çıxmasının vaxtı çatdığını bəyan edib.