7 yaşında valideynlərini itirəndən sonra çobanın himayəsində qalan ispaniyalı Markos Rodriqoz Pantoja 12 il canavarlarla birgə yaşamalı olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yanında qaldığı çoban öləndən sonra 19 yaşınadək canavarlarla yaşayan Markos Rodriqoz Pantoja “El Pais” qəzetinə açıqlamasında insanlarla birgə yaşayışdan narazı olduğunu deyib. Keçmiş həyatı üçün darıxdığını söyləyən ispaniyalı real həyatda xoşbəxt olmadığını dilə gətirib.
1965-ci ildə İspaniyanın Sierra Morena dağlarında tapılan şəxsin hazırda 72 yaşı var: “Canavarlarla yaşayış tərzim üçün darıxmışam. Dağlara geri qayıtmaq istəyirəm, amma digər insanlar kimi artıq mən də onlardan qorxuram. Canavarlar mənə qayğı göstərir, maral, yarasa və ilanlarla eyni mağarada yaşayırdım. Məni dağlarda tapandan sonra həyatım tamamilə dəyişdi. İşlə başımı qarışdırmağa çalışıram, digər insanlar isə mənə gülür”.