8 Aprel 2018 01:26
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya hökuməti Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi ilə əlaqədar yaranan situasiyanı diqqətlə izləyir. Almaniya ilə sərhəddə nəzarət gücləndirilib.

Teleqraf.com xəbər verir ki, bunu Hollandiyanın təhlükəsizlik və terrorizmlə mübarizə üzrə milli koordinatoru Dik Sxoof bildirib.

Qeyd edək ki, bu gün axşam Münsterdə yük avtomobili küçədə restoranda əyləşən insanların üzərinə sürülüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.


Müəllif: Nahid

Oxşar xəbərlər