Əlini hansı arxiv sənədlərinə atırsan ordan lənətə gəlmiş bu hayların – ermənilərin insanlarımıza etdiyi zülmün harayı, hayqırtısı yazılmış faktlar dolu sənədlər çıxır. Bu sənədlərdə toplanan faktlardan aydın olur ki, bunlar əliyalın dinc əhaliyə zülüm edib, onları tarixin şahid olmadığı işgəncələrə məruz qoyublar. Ancaq dünya bunu görməzdən gələrək, hələ də yalançı “erməni soyqırımı” yalanları ilə bizləri təhdid etməkdədirlər. Yalançı dünyanın yalançı idarəçiləri arxivlərdə toplanan bu sənədləri ortaya çıxarsalar nəyin necə baş verdiyini görmüş olarlar. Əslində onlar nəyin necə olduğunu lap yaxşı bilirlər. Sadəcə ermənilərdən maşa kimi istifadə edib öz niyyətlərini həyata keçirməklə məşğuldurlar. Ona görə də arxivlərdə nə yazılır yazılsın, onların marağında deyil.
Bu gün təqdim edəcəyimiz material 1918-ci illərdə Anadoluda ermənilərin türk-müsəlman əhaliyə qarşı etdikləri amansız işgəncələr haqqındadır. Bu sənədləri ürək ağrısız oxumaq mümkün deyil. İnsanlığın üz qarası olan bu hay-ermənilərin ağılalmaz işgəncələri onları müdafiə edən mədəni Avropanın ən vəhşi siyasətidir.
Elə professor Fazil Qaraoğlunun tədqiqatlarından əldə etdiyimiz tarixi bir sənəd də dediklərimizin bariz sübutudur. Komissar, polis məmuru Seyid Şəfiqin söylədiklərindən ibarət olan həmin sənədi təqdim edirik:
“...Dünyada ədalət və bərabərliyin təmsilçisi, insanlığın müdafiəçisi olduğunu elan edən İngiltərə dövləti bundan 3 ay əvvəl siyasət tələbi zəminində şuramızı ləğv edib üzvlərini qovduqdan sonra can, mal və namusumuzun təhlükəsizlikdə olacağına söz vermiş, şuramızın yerinə erməni hökumətini gətirmişdi. Əfsuslar olsun ki, bu vəd quru söz olaraq qalmışdır. Həyatımız, gələcəyimiz və bütün varlığımız məhv olmaqdadır. Erməni hökuməti tərəfindən ağıllara durğunluq verəcək zülm törədilməkdədir. Tarixdə indiyə qədər belə vəhşi və qorxunc zülm və cinayətlər görülmədiyinə görə təfərrüata varmaq istəmirik. Namus, mal və canlarımız ermənilərin top və qılınclarının altındadır. Hər gün qorxunc cinayətlər olur. Ermənilərin hər an hücumlarına hədəf olan ailə fərdlərinin canları və qadınlarımızın namuslarının qorunacağı umudu ilə törədilən qorxunc cinayətdən bir neçəsini ərz edirik:
Kağızman şura rəisi və keçmiş rəhbəri Aslan bəy və zövcəsi, liderlərdən Əhməd bəy iki xidmətçisi ilə Qarsa gedərkən silahlı ermənilər onların yollarını kəsərək Aslan bəyin gözünün qabağında zövcəsinin namusunu kirlətdikdən sonra hamısını canavarlardan daha artıq vəhşiliklə öldürdülər. Kiçik Yusuflu Ömər Ağazadə Osmanın sərvətini özlərinə tərk etməsi üçün min cürə işgəncədən sonra başı aşağı asaraq yeddi min rubl rus pulunu qəsb etdilər. Ermənilər müsəlmanları yox etmə siyasətini hər gün təkrar edirlər. Mal, can və namusumuz qudurmuş ermənilərin qorxunc zülmlərinə hədəf olmaqdadır. Fəryadımızın sakitləşməyəcəyi onlara əmr edilmiş olmalıdır ki, beləcə qorxmadan törədilən canavarlıqlar sürüb gedir. Mədəniyyət və insanlığın inkişaf etdiyi əsrimizdə fəlakətimizə acıyaraq can, mal və namusumuzu qoruyacaq, fəryadlarımızı dinləyəcək və bizə yardım edəcək, insanlığa yardım və ədalət göstərəcək və bunu isbat edəcək olan hökumətin Amerika hökuməti olacağını təqdir edərək adı keçən hökumətin bizə sahib çıxmasına sığınırıq. Fəryadlarımızın eşidilməsinə dəlalət buyrulmasını rica edirəm.
Qars vilayəti müsəlman əhalisinin adından Millət Vəkili Beri.”
Tanınmış tarixşünas Əhməd Rəfiq türk ordusunun Ərzuruma girişindən, yəni ermənilərin törətdikləri zülm və qətliamdan 55 gün sonra Ərzuruma çatmış və gördüklərini belə anlatmışdır:
“...6 may 1918-ci il Ərzurum. Bir yanğın yerindəyəm. Türklərin bu tarixi və fədakar şəhəri sanki bir xarabalıq halındadır... Küçələr, binalar, camilər, mədrəsələr başdan-başa dağıdılmışdır... Evlər insan cəsədlərilə doludur. Yanmış, dağıdılmış evlərin çöküntüsü, qapqara kəsilmiş cəsədlər, dişləri ağara qalmış insan başlarına, uşaq başlarına, qol, ayaq, sinə, gövdə və ayaq parçalarına rast gəlinir.
Zavallı Ərzurum xalqı... Əsrlərdən bəri bütün varlığı ilə türk dövlətinə qulluq edərkən indi erməni çətələrinin zülmünə uğramışdır. Uşaqları çılpaq və pərişan, ailələrilə evlərinin sönən ocaqlarının qalıntıları altında qaralmış, iylənmiş cəsədlər altında yatırlar. Nə minarələrində bir zamanlar Palantökən dağının qarlı təpələrinə əks edən əzan səsləri eşidilir, nə də küçələrində o vüqarlı xalqının millətinə xas sıxlığı görülür. Zərif binalar, möhtəşəm xanlar tarixi, türbələrlə bəzəkli dörd əsrlik türk qəhrəmanlığına şahid olan şəhərin üstündən müdhiş bir qan və atəş tufanı keçmiş, azyaşlı uşaqlar, qocalar, şikəst insanlar, övlad acısıyla belləri bükülmüş bəxtsiz analar sahibsiz, kimsəsiz, yanmış, yıxılmış və sönmüş ocaqlarının ətrafında gözlərində yaşlar titrəyərək ağır və səssiz addımlarla dolaşırlar...”.
Şərqi Anadolunun halı: “Ermənilər moskvalıların geri çəkilmələrilə qəsəbə və kəndlərdə elə təxribatlar törətmişdilər ki, Trabzondan Qarsa qədər heç bir kənddə bir canlı qalmamışdı. Əsasən torpaq binalardan ibarət olan kəndləri yaxıb-yanmışdılar. Vətənlərinə dönən tək-tük biçarələrdən bəziləri - erməni zülmünün qurbanı qadınlar və uşaqlar boş səhralarda, qarlı yollarda, soyuq vadilərdə ac, səfil dolaşırdılar...”
“Mamahatun parçalanmış övladlarını köksünə gömmüş, dağıdılmış camiləri, yıxılmış evlərilə sanki ağlayırdı. Ermənilər Ağqoyunlulardan qalma camini havaya uçurmuş, xalqın çoxunu qətl etmişdilər. Aşağıdakı dərə kənarında geniş bir çuxur yüzlərcə türk cəsədilə dolu idi. İylənmiş insan cəsədləri paltarları və çarıqlarıyla bir-birinə qarışmışdılar. Bu cəsədlər əriyən yağları, əzilmiş başları, qoparılmış qolları və ayaqlarıyla yığınlar təşkil edirdi...”
“İlıca xalqı ermənilər tərəfindən qanla boğulmuşdu. Ərzurumun küçələrində minlərcə türk cəsədi vardı. Ermənilər yüzlərcə türkü Mürsəl bəyin və Enzirmikli Hacı Osmanın evinə doldurub yandırmışdılar. Aralarından bir neçəsi divarda açılan deşikdən qaça bilmişdi. Torpaq bir az eşildikdə ya bir insan qolu, ya baş, ya da gövdə görünürdü. Zavallı xalq bu qorxunc sıxıntılar içərisində ana və atalarını axtarmaqla məşğul idi...”. Ahmet Refik türk ordusu Ərzuruma girdikdən sonra ermənilərlə birlikdə rus istehkamlarına əsir düşən yüzbaşı ilə görüşməsini belə anladır:
- Bu bölgələri hey rus zabitləri idarə etmişlər - deyirlər. Yüzbaşı qıpqırmızı oldu. Ordusuna cinayət ləkəsi sürdürmək istəmədiyi bəlli olurdu. O, əlini yellədi:
- Net (xeyr), biz qarışmadıq, hey ermənilər etdi.
Bizim polkovnik-leytenant bunları yazdı... Onun xatirələrini oxuyun...”
Yazıçı xarabalıq halına gələn Ərzurumu gəzərkən yanına bir zabit soxulmuş və belə demişdir: “...Bu gördükləriniz hələ şəhərin təmiz haldır. Bu küçələr başdan-başa qadın və uşaqların cəsədlərilə dolu idi. Qadınların döşləri və məhrəm yerləri kəsilmiş, divarlara mıxlanmışdı. Bu teleqraf tellərinə hey uşaq başları asılmışdı. Qarınları deşilmiş yarıçılpaq qadın cəsədləri keçəcəyimiz yolun iki tərəfinə düzülmüşdü. Talesiz millətimizin bu halını gördükdə dəli halına gəlmişdim. Baxaq görək mədəni Avropa bu böyük cinayətin icraçılarını cəzalandıracaqmı?.. Tarix belə bir vəhşilik qeyd etməmişdir...”.
Rus podpolkovniki Tverdo Xlebov öz xatirələrində rusları təmizə çıxarmağa çalışmaqla bərabər, Rusiyanın ordusundakı erməni əsilli zabit və əsgərlərin canavarlıqlarını da anlatmışdır. Onun sözlərinə görə, rus zabitlərinin erməni komandanı, insan qəssabı Andranik minarələrdən türkcə danışaraq təminat verib xalqın evlərindən çıxmalarına müvəffəq olmuş, onları tələyə düşürərək qətl etdirmişdir.
Erməni xalqı ilə erməni əsgərləri saysız kiçik türk uşaqlarını divarların dibində yetim və kimsəsiz buraxmaq üçün əl-ələ vermişdilər. (General Kazım Qarabəkir minlərcə belə kimsəsiz uşaqları sənət məktəblərində yetişdirmək və digər məktəblərdə oxutmaqla həyata, yaşama hazırlatdırmışdır).
12 mart 1918-ci il qurtuluş günündən sonra Ərzuruma gələn bir məmləkət övladının söylədiklərinə qulaq asaq: “İlıcaya gəldiyimizdə aldığımız xəbər çox acı idi. Ermənilər qətliam törətmişdilər... Şəhərdəki binalardan dumanlar çıxır, bəzi evlərdən ölülərimizin iyi gəlirdi. Böyük evlər, məktəblər insanlarla doldurulub güllələnmiş, süngülənmişdi və “içəridə sağ qalan ola bilər” düşüncəsilə oraları yandırmışdılar...”
Bu hadisə türk əsgərinin Ərzuruma gəlişindən bir gün əvvəl baş vermişdi. Bundan bir həftə əvvəl isə Ərzurum xalqı dəstə-dəstə vağzala aparılmış, yolların açılmasında çalışdırılmaq bəhanəsilə müxtəlif istiqamətlərə sürgün edilmişdilər. Sivişli və Uzun Əhməd dərəsi Ərzurum xalqının meyitlərilə doldurulmuşdu. Onlar yaylım atəşindən sonra süngülənmişdilər, sağ qalanlar varsa ortaya çıxsınlar deyə, türk əsgərini təqlid edərək əzan oxumuşdular.
Həsənqala yolu üzərindəki kəndlərdən Sarıqamışa qədər qətliam törədilmişdi. Buralarda öldürülən türklərin sayı 80.000-dən artıq olmuşdur.
Aşıq Qəhrəman bu zülmləri bu ağıyla dilə gətirir
Bir gəlin gördüm: ayağa qalxmış,
Sandım ki, canı var, üzümə baxmış,
Kafir mismar ilə dirəyə taxmış,
Mismar çivi səsi ərşə dayandı.
Bir hamilə qadın davranmış qaça,
Erməni eyləmiş hey parça-parça,
Qılınc ilə vurmuş, bölünmüş kalça,
Axan qızıl qanı, ərşə dayandı...
Onu da xatırlayaq ki, 1877-1878-ci illərdə rusların türklərə qarşı başlatdıqları müharibə haqqında Osmanlı parlamentinin Ərzurum deputatlarmdan erməni Hamzasp, Edirnə deputatı Ruben belə deyirdilər:
“...Rusiya illərdən bəri xristianları qorumaq hiyləsilə ortaya çıxmışdır. Onun girişdiyi intriqalar məlumdur. Lakin biz xristianlar halımızdan məmnun olub himayəyə əsla ehtiyacımız yoxdur. Bu qədərini bəyan edim ki, erməni milləti 500 ildən bəri Osmanlı dövlətindən tam bir himayə və asayiş görmüşdür. Mən Ərzurum deputatı olan bir erməniyəm. Bundan 48 il əvvəl min bir hiylə ilə aldadılıb Rusiyaya köç etdirilən yüz min erməni oradakı həqiqəti gördükdən sonra təkrar ana Vətənə dönmək məcburiyyətində qaldı. Mən Osmanlı dövləti deyilən bir Vətənin övladıyam ki, indi bu Məclisdə Millət vəkilliyi sifətilə şərəflənmişəm...”
Oltuda da Birinci Dünya müharibəsi illərində Çar Rusiyasının silahlı qüvvələri yerli rum və erməniləri təhrik edərək türklərə qarşı çox sərt davranmışlar, bir çox insanı ac və susuz buraxaraq çətin işlərə sövq etmişlər.
Müharibə illərində çox sayda uşaq Cənub-qərbi Qafqaz, Ərdəhan, Oltu və Qars bölgələrində müharibə və erməni qətliamlarından sonra kimsəsiz və yetim qaldı. Bu uşaqlardan bir qisminin təhlükəsizlik işini “Bakı İslam Cemiyeti Hayriyesi (Bakı İslam Xeyriyyə Cəmiyyəti)” öhdəsinə götürdü.
1918-ci il 27 yanvar günü Oltunun idarəsi tək bir erməni qanı tökülmədən “Bakı İslam Xeyriyyə Cəmiyyəti”nə bağlı “Milli İslam Komitəsi” üzvləri tərəfindən ələ keçirildi.
1915-ci ildə rusların törətdikləri qətliamda Bahçecik, Havdos, Terpink kəndlərində kişilərin tamamı qılıncdan keçirilərək qətl edildi.
25 mart 1918-ci ildə Oltunun bütün yerləri Türk ordusuna təslim edilmişdir.
Oltu-Acara bölgəsində ruslara rəhbərlik edən erməni çətələrinin müsəlman xalqına verdikləri zülm Oltu köçərilərindən Humzadə Hadis və qardaşı Ramizin and içərək verdikləri ifadələrdən alınmışdır (Ərzurumdakı erməni təxribatını və zülmünü istintaq etməklə vəzifələndirilən komissiyanın raportundan erməni komitəçilərinin məqsəd və hərəkati-ixtilaliyyəsi): “Oltuya üç saatlıq məsafədə olan qəsəbədə yaşayırdıq. Buralara hücum edən erməni çətələri Sivri və Navərman qəsəbələrində yaşayan müsəlman xalqın mallarını və öküzlərini əllərindən aldılar və müsəlman qadınlara təcavüzlər etdilər. Ermənilər Peneskert, Örek, Çolagir, Oğdadap, Hatdos və Kamis kəndlərinə hücum edərək: “Osmanlı əsgərini siz çağırmışdınız”- deyərək, kişiləri öldürdülər, qadınların namuslarını kirlətdilər və uşaqları ata-analarının gözləri qabağında parçaladılar. Qaragördükoğlu Sülü adındakı şəxs ilə qapı qonşusunu, zövcəsini və iki uşağını erməni komitəçiləri Osmanlılara cəsusluq etməklə günahlandıraraq şəhid etdilər.
Peneskir kəndində kişiləri caminin həyətinə topladılar, ətrafına silahlı erməni növbətçiləri qoydular. Sonra kəndin içərisinə dağılaraq evləri qarət etməyə başladılar. Qadınların namuslarını ayaqları altına aldılar, kiçik uşaqları acımasızca öldürdülər.
150-ə yaxın çətə mənsubu Keban kəndinə hücum edərək qadınları bir yerə toplamış və ətrafdakı meşəliyə aparmışlar. Orada onların namuslarını kirlətmiş, bir çoxlarını da vəhşicəsinə öldürmüşlər.
Olur mərkəzinə gələn erməni çətə komandanı Artinov adam göndərib bizi yanına çağırtdırmış, çatdığımızda bizə xitabən belə demişdi: “Ətrafınızdakı kəndlərdə “toy və şənlikləri” görüb eşidirsiniz. Başqa kəndlərdən qaçaraq kəndinizə iltica etmək istəyənləri gizlətsəniz, sizin kəndinizdə də “toy” etməyə başlayacağıq. Sonra qadınlarınızı bir yerə toplayıb rus əsgərlərinə və sevimli erməni qəhrəmanlarına hədiyyə olaraq təqdim edəcəyik.”
Ortunun Perinik kəndində müsəlman xalqı erməni çətələri tərəfindən qətl edilmiş, cəsədləri qazılan xəndəklərə doldurulmuşdur. Kiçik uşaqlar da bunlarla birlikdə diri-diri basdırılmışlar. Bu cəsədlərlə dolan xəndəklər buralara gizlicə göndərdiyimiz şəxslər tərəfindən görülmüşdür. Biz bir çox fəlakət və ölüm təhdidlərinə məruz qalaraq min bir çətinliklə hicrət etdiyimiz üçün bu qaniçən çətələrin törətdikləri zülmü canlı və açıq olaraq göstərəcək fotoşəkil kimi sənədlərə, çox təəssüflər olsun ki, sahib deyilik. Söylədiklərimiz erməni zülmünün yüz mində birini belə təşkil etməz!./Enter News/