ABŞ-ın yeni Dövlət katibi Mayk Pompeo vəzifəsinə təyin olunduqdan bir neçə saat sonra Brüsselə səfər edib.
Teleqraf.com-un xəbərinə görə, səfərdə məqsəd ABŞ-ın NATO-dakı müttəfiqləri ilə görüş keçirməkdir.
ABC telekanalının məlumatına görə, bu gün NATO-nun xarici işlər nazirləri Belçika paytaxtında görüşəcəklər. Görüş NATO liderlərinin iyulda keçiriləcək sammitinə hazırlıq məqsədi daşıyır. Nazirlər Rusiya, Əfqanıstan və Alyansın yeni üzvlər üçün "açıq qapılar siyasəti"ni müzakirə edəcəklər.
Amerikalı yüksək çinli məmur bildirib ki, Pompeo NATO-nun Rusiya ilə bağlı vahid mövqeyinin qorunub saxlandığına əmin olmaq istəyir. O, eyni zamanda Alyans üzvlərini müdafiə xərcləri üçün UDM-in 2 faizi həcmində vəsait ayırmaları ilə bağlı öhdəliyi yerinə yetirməyə çağıracaq.
ABC telekanalı bildirb ki, Pompeo həmçinin İtaliya və Türkiyədən olan həmkarları ilə də görüş keçirəcək.