15 May 2018 18:24
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakerlər artıq qatarları vayfay şəbəkəsini sındırmaqla ələ keçirə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Pen Test Partner” şirkəti məlumat yayıb.

Bir çox şirkətlərdə sərnişin və dəmiryol stansiyası əməkdaşlarının istifadə etdikləri vayfay şəbəkəsi eynidir. Nəticədə hakerlər ictimai vayfay şəbəkəsinin təhlükəsizliyi səddini keçməklə qatara nəzarət edə bilərlər.

Bundan əlavə, sərnişinlər vayfaydan istifadə etdikləri halda onların bank hesabı kimi şəxsi məlumatlarının da ələ keçirilmə ehtimalı var.

Ekspertlər ilk növbədə sərnişinlərin və xidməti heyətinin vayfay şəbəkəsini ayırmağı təklif edirlər. Həmçinin proqram təminatının tez-tez yeniləməsinin vacibliyi vurğulanır.


Müəllif: Ruslan