Rusiya Prezidenti Vladimir Putin DÇ-2018-dəki favoritini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Putin İspaniya milli komandasını əsas favoritlərdən biri hesab etdiyini söyləyib.
O, həmçinin dünya çempionatının hamı üçün bayram olmasını istədiklərini bildirib.
Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-nə kimi davam edəcək.