1 İyun 2018 23:59
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen İnlə görüşməyə hazır olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Tramp Ağ Evdə KXDR nümayəndə heyətinin rəhbəri Yon Çxolla keçirdiyi görüşdən sonra Şimali koreyalı həmkarı ilə görüşməyə hazır olduğunu bildirib.

Pxenyan rəsmiləri Trampa Kim Çen İnin məktubunu təqdim ediblər. Məktubda Kim danışıqların davam etdirilməsində maraqlı olduğunu ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər