2 İyun 2018 19:13
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva sakini pişiyi öldürərək 16-cı mərtəbənin balkonundan yerə atıb.

Teleqraf.com xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk olayla bağlı cinayət işi açıldığını bildirib.

O qeyd edib ki, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə çıxıblar: “Müəyyən olunub ki, 34 yaşlı moskvalı hadisəni sərxoş vəziyyətdə törədib”.

“Heyvanlarla zorakı rəftar” maddəsi ilə həbs olunan moskvalını maksimum 3 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər