3 İyun 2018 18:55
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada yeni qurulan hökumət Türkiyə-Avropa Birliyi münasibətləri konteksində Ankaraya baş ağrısı yarada bilər.

Teleqraf.com xəbər verir ki, İtaliya bu günə qədər Türkiyənin Avropa Birliyinə daxil olmasını dəstəkləyən dövlət olub. Lakin yeni İtaliya hökumətinin bu mövqeyə sadiq qalacağı az ehtimal olunur.

Italiyanın Baş naziri Cüzeppe Kontenin Türkiyəyə qarşı açıq narahatlıq yaradan açıqlaması olmasa da, hökumətin həyata keçirəcəyi siyasətə ciddi təsir göstərəcək nazirlərin - Mateo Salıb və Di Maionun mövqeyi bir qədər məyusluq yaradır.

Xüsusilə Salvinin “Bəziləri Türkiyəni Avropa Birliyində görmək istəyir. Əgər istəyirlərsə, onda biz bu qurumu tərk edək” açıqlaması yeni hökumətin Türkiyə siyasətinin ip uclarını ortaya çıxarır.


Müəllif: Cavad

Oxşar xəbərlər