ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşı barda rəqs etdikdən sonra atəş açıb.
Teleqraf.com xəbər verir ki, hadisəni əks etdirən videonu NEWS9 əməkdaşı tvitterdə paylaşıb.
Məlumata əsasən, insident Denver şəhərindəki barlardan birində baş verib. FTB-nin əməkdaşı rəqs edərkən silahı yerə düşüb. O, tapançanı yerdən götürmək istəyərkən təsadüfən atəş açıb və bir nəfəri yaralayıb. Xəsarət alan şəxsin həyatı üçün təhlükənin olmadığı bildirilir.
Artıq faktla bağlı araşdırma aparılır.