3 İyun 2018 19:43
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə "Öldürmə" devizi altında başlanan kütləvi etiraz aksiyası iyunun 3-də saat 18:00-da yenidən başlayıb.

Əvvəlki iki gün ilə müqayisədə bu gün mitinqə gələnlər daha kəskin bəyanatlar verməyə başlayıblar.

Zaza Salavidzeyə dəstək vermək üçün Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat, Yeni Gürcüstan və digər siyasi partiyalar da mitinqə qoşulublar.

Zaza Salavidze bildirib ki, mövcud hakimiyyət onun tələbini tam yerinə yetirmədiyi üçün hökumətin istefası əsas tələb olacaq.

Hazırda aksiyada 1500 nəfərdən çox adam iştirak edir. Axşama doğru onların sayının 10 mindən çox olacağı bildirilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər