ABŞ-ın San Diyeqo ştatında naməlum şəxs rok-n-roll festivalı iştirakçılarına atəş açıb.
Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla təxminən 11:00-da baş verib. Naməlum şəxsin park meydançasının yuxarı mərtəblərində gizləndiyi bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, polislərdən biri yaralanıb. Ehtimal olunur ki, o təsadüf nəticəsində özü özünü yaralayıb.