6 İyun 2018 17:21
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın AfD (Almaniya üçün alternativ) partiyasının lideri Aleksandr Qauland göldə üzən zaman onun paltarını oğurlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Markcishe Allgemeine” məlumat yayıb.

Hadisə siyasətçi Potsdamdakı Heyliger gölündə üzən zaman baş verib. O, alt paltarında polisə getməli olub.

Olayın səbəbinə gəlincə, şahidlər bildirib ki, oğurluq zamanı cinayəti törədənlər “Potsdamdakı göldə nasistlərə yer yoxdur”, - deyə qışqırıblar.

Hazırda polis şübhəliləri axtarırlar.


Müəllif: Ruslan

Oxşar xəbərlər