Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Moskvaya səfər edəcək.
Teleqraf.com tass.ru-ya istiandla xəbər verir ki, bu haqda Ermənistan Xarici işlər naziri Zoqrab Mnatsakanyan jurnalistlərə açıqlamasında məlumat verib.
O, baş nazirin səfəri proqramının hələ dəqiqləşmədiyini söyləyib.
Zoqrab Mnatsakanyanın sözlərinə görə, Nikol Paşinyan gələn həftə Moskvada futbol üzrə dünya çempionatının açılış mərasiminə qatılacaq.
Nikol Paşinyan mayın 14-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşərək, müzakirələr aparsa da bu, onun baş nazir kimi Rusiya paytaxtına ilk səfəri olacaq.