İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq etməkdə şübhəli bilinərək həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Jerusalem Post" xəbər yayıb.
Qeyd edək ki, sabiq nazirə qarşı ittiham iyunun 15-də Qüds Rayon Prokurorluğunda irəli sürülüb. O, müharibə dövründə düşmənə yardım göstərmək, İsrailə qarşı casusluq və kəşfiyyat məlumatlarının düşmənə ötürməkdə suçlu bilinir.
Bildirilir ki, Q.Seqevin 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyinin əməkdaşları tərəfindən əməkdaşlığa cəlb edilib. Sabiq nazir əməkdaşlıq çərçivəsində bir neçə dəfə İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.