28 Aprel 2014 09:34
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Kent bölgəsinə işləmək üçün gələn 20 yaşlı italiyalı gənc qonşuları tərəfindən döyülərək öldürülüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Joel Leotta adlı gənc və otaq yoldaşı musiqiyə yüksək səslə qulaq asdıqları üçün qonşular onlara etiraz ediblər. Getdikcə böyüyən mübahisə davaya səbəb olub. Gənclərə hücum edən 5 litvalı qonşu Leottanı qətlə yetirib.

Polisin verdiyi məlumata görə, öldürülən gənc cəmi 6 gün idi o evə köçmüşdü və ofisiant işləyirdi.

Uğur


Müəllif: