Bor mədənində işləyən türk elm adamlarını ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentləri gizli şəkildə izləyib.
Teleqraf.com xəbər verir ki, bu haqda hələ illər əvvəl professor Əli Gencer açıqlama verib.
Antalyada keçirilən II Beynəlxalq Elmi Konfransdan öncə professor deyib ki, bor mineralı ilə bağlı həyata keçirmək istədikləri yatırımla bağlı ABŞ kəşfiyyatı onları izləməyə başlayıb.
“Biz bor saflaşdırma mövzusunda TÜBİTAK və Bor İnstitutunun projesi olan bir firmanın rəhbəri ilə İtaliyaya səfər etdik. İtaliyada 2,5 milyard avroluq büdcəsi olan bu firmanın sahibi ilə 3,5 saat müzakirə apardıq. Bu firmanın eyni zamanda Amerika ilə ortaqlığı var idi. Biz Türkiyəyə qayıtdıqdan sonra MKİ və İtaliya məxfi xidmətinin əməkdaşları şirkətə gəliblər. Onlar bizim Türkiyədə istehsal müəssisələri qurmaq məqsədilə əldə etdiyimiz razılıqdan ciddi narahat olublar. Türkiyəyə qayıtdıqdan sonra hədəflədiyimiz işlərdə gecikmələr müşahidə olundu. Biz də məsələni araşdırıb bu informasiyadan xəbərdar ola bildik”.