Əlcəzairli blogger İsrailin xeyrinə casusluq etdiyi üçün 7 il həbsə məhkum edilib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı Əlcəzair İnsan Haqlarının Müdafiəsi Birliyinin rəhbəri Səid Salihi yayıb.
Onun sözlərinə görə, Tevati Merzuq adlı blogger İsrail xeyrinə casusluq etdiyi ittihamı əsasında 7 il cəza alıb.
Blogger Yutub kanalı vasitəsi ilə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Kuaybiye ilə təmas qurub. XİN nümayəndəsi ilə söhbət əsnasında o, ölkəsinin Əlcəzairdəki etirazlarda əli olduğu iddialarını yalanlayıb.
Əlcəzair məxfi xidməti bu hadisədən sonra Merzuku həbs edib.
Bundan başqa, blogger sosial media üzərindən Əlcəzair xalqına yüklənən vergilərə etiraz edib, 2017-ci ildə büdcə haqqında qanuna etiraz olaraq insanları meydanlara səsləyib.