İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”ın yüksək rütbəli zabitlərindən olan Şahrux Dayıpur Suriyada gedən döyüşlərdə həlak olub.
Teleqraf.com xəbər verir ki, İran-İraq müharibəsinin iştirakçılarından olduğu bildirilən, Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən “Sepah” komandiri iyunun 22-də bu ölkənin Əlbu-Kamal şəhərində müxalif qüvvələrlə baş verən qarşıdurmada öldürülüb.
İranın Kirmanşah əyalətindən Suriyaya göndərildiyi, “Sepah”ın müxtəlif hərbi sahələrində çalışdığı vurğulanan “Sepah” komandirinin cənazəsinin yaxın günlərdə İrana gətiriləcəyi bildirilir.