23 İyun 2018 15:11
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu Meksika ştatında hərbi təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Hollman aviabazasının nümayəndəsi məlumat yayıb.

İnsident cümə günü “Red Rio” poliqonunda baş verib. A-29 Super Tucano təlim qırıcısının qəzaya uğraması nəticəsində 2 pilot xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Martda C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 9 hərbçinin hamısı həlak olmuşdu.


Müəllif: Ruslan