Efiopiyanın paytaxtı Əddis-Əbabədə baş verən partlayış nəticəsində yaralananların sayı 156 nəfərə çatıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub.
Yaralılardan 8 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, dünən Efiopiya Baş naziri Abiya Əhmədə dəstək mitinqində partlayış baş verib. Partlayış tribuna tərəfə atılan qumbaranın partlaması ilə baş verib. Bu zaman çıxış edən baş nazir xəsarət almaylıb.