Türkiyəli aktrisa Mərvə Boluğur sevgilisinin doğum günü partisinə qatılıb.
Teleqraf.com xəbər verir ki, ötən həftə Hakan Sabancı ilə sevgili olduğu üzə çıxan aktrisa Sabançının doğum günündə də iştirak edib.
Partidə çəkilən şəkilləri İnstaqram hesabında paylaşan Mərvə izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
Bəzi izləyicilər onun ayaqqabısına söz atmağı da unutmayıblar. Yazılan şərhlər arasında “Ayaqqabıların əziyyət çəkir”, “Barmaqların ayaqqabıdan çıxır” kimi şərhlər də yer alıb.