Mübahisə edib vəziyyəti gərginləşdirmək istəmirik. Bir seçimimiz olmayacaq, amma bu vəziyyətə reaksiya göstərəcəyik.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın Avropa istehsalı olan avtomobillərə gömrük rüsumu tətbiq edəcəyinə cavab olaraq bildirib.
Tramp cümə günü bəyan edib ki, Avropa istehsalı olan avtomobillərə 20 faiz əlavə vergi rüsumu tətbiq edəcək. O, deyib ki, Avropada avtomobil istehsal edib ABŞ-a satmasınlar: “ABŞ-da avtomobil satmaq istəyirlərsə, burada istehsal etsinlər”.
Avropa Komissiyasının prezidentinin sözçüsü Jyrki Katainen “Le Monde” qəzetinə bildirib ki, əgər gömrük vergiləri artırılsa, Avropanın fərqli seçimi olmayacaq: “Ancaq biz ciddi reaksiya verəcəyik. Kiminləsə mübahisə edib vəziyyəti mürəkkəbləşdirmək istəmirik”.