28 İyun 2018 08:13
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyi hərbçilərin geyim və ərzaqla təchiz edilməsi üçün açıq tender elan edib.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, tenderdə maliyyə büdcəsi məhdud olan şirkət qalib gəlib.

Ölkənin baş prokurorluğu isə tenderin elanından sonra araşdırmaya başlayıb. Prokurorluq hərbçilərin geyim və ərzaq təchizatında yaranmış problemə dair Müdafiə Nazirliyinin başladığı müsabiqəni “təcili açıq tender” adlandırıb.

Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra məlum olub ki, Müdafiə Nazirliyinin verdiyi bu qərar təsadüfi deyil. Söhbət hərbçilər üçün nəzərdə tutulmuş geyim və ərzaq məhsullarının ayrı-ayrı şəxslər tərəfindən oğurlanaraq satılmasından, əldə edilən külli miqdarda maddi vəsaitlərin mənimsənilməsindən gedir.

Problem bununla bitmir. Tenderi udan şirkətin ərzaq və geyim üçün ayırdığı 60 min dollar da Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən mənismənilib. Faktlar üzrə Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli şəxslərinə qarşı cinayət işi açılıb.

“Joxovurd” qəzeti Ermənistan Müdafiə Nazirliyinin elan etdiyi tenderi “oyun” adlandırıb. Qəzet qeyd edir ki, nazirliyə rəhbərlik edən şəxslər bu çirkli oyunu öz şəxsi mənfəətləri üçün oynayırlar. Bundan başqa, keçmiş müdafiə naziri Vigen Sərkisyana dair ciddi qanun pozuntuları aşkar olunub.

“Joxovurd” Vigen Sərkisyanın həbs edilə biləcəyini və bununla bağlı hakimiyyət daxilində hazırlıqların başladığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər