Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə namizəd olan Məhərrəm İncənin mitinqləri öncəsi təhqir edən 12 nəfər həbs edilib.
Teleqraf.com xəbər verir ki, onların prezidenti təhqir edən zaman spirtli içkinin təsiri altında olduğu bildirilir.
Qeyd edək ki, Türkiyədə ölkə başçısını təhqir edənləri pul cəriməsi və ya 1 ildən 4 ilədək həbs cəzası gözləyir.