ABŞ Prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşün keçiriləcəyi məkan dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, tərəflərin 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvə toplantısından sonra Helsinkidə bir araya gələcəyi bildirilir.
Tramp jurnalistlərə Putin ilə Suriyadakı müharibə və Ukraynadakı vəziyyəti müzakirə edəcəyini deyib. O, Rusiya ilə daha yaxşı əlaqələr qurmaq istədiyini söyləyib.
Qeyd edək ki, Tramp ilə Putin sonuncu dəfə 2017-ci ilin noyabr ayında Vyetnamda keçirilən Asiya-Sakit Okeanı sammitində görüşüb.