29 İyun 2018 16:29
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Nubaraşen rayonunda yerləşən həbsxananın məhkumları Baş nazir Nikol Paşinyana məktub yazıblar.

Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, məhkumlar məktubda həbsxana rəhbərliyi tərəfindən onlardan qanunsuz olaraq pul tələb edildiyini bildirirlər.

Məktubda qeyd edilir ki, həbsxana rəhbərliyi ilə yanaşı, müəssisəyə nəzarət edən hökumət qurumlarının yetkililəri də məhkumlardan təzyiq yolu ilə pul alırlar:

“Bizdən kameralar üçün qanunsuz olaraq aylıq ödənişlər tələb edirlər. Zəngin olanlar tələb edilən pulu verib yaxşı kameralarda qala bilirlər. Ən yaxşı kameraların qiyməti 50 min dramdan (103 dollar) başlayır. Pulu olmayanlar isə 15-20 min (30-40 dollar) dram verib it daxması kimi kameralarda qala bilirlər. Burada it kimi yaşayırıq. Hər kameraya bir oğru, quldur başçılıq edir. Onların hər biri hər ay ayrı-ayrılıqda bu yolla 600-1250 dollar gəlir götürürlər”.

Biz zənn etmirik ki, baş verənlər Milli Təhlükəsizlik Xidmətinə məlum deyil. Çünki bu, gizli korrupsiya sxemi deyil. Sui-istifadədə bu xidmətin əməkdaşları da yer alırlar”.

Erməni məhbuslar kiçik həbsxanadakı sıxlığa da diqqət çəkirlər:

“Əvvəlki hökumətin dönəmində həbsxanada vəziyyət daha yaxşı idi. İndi burada 200 min məhbus cəza çəkir. 10 nəfərlik kameralara 20-yə yaxın məhbus salıblar. Üstəgəl bizə təzyiq edirlər. Həbsxananın əməkdaşları qanunsuz olaraq məhbuslara spirtli içkilər, narkotik maddələr satırlar. Hər ay bu qanunsuz al-verdən 200 min dollar pul yığılır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər