İraq Kürd Muxtariyyəti və ABŞ Kərkük də daxil olmaqla bir neçə rayon və şəhərin təhlükəsizliyinin təmin edilməsi və hərbi birliklərin yerləşdirilməsi planı mövzusunda anlaşma əldə ediblər.
Teleqraf.com xəbər verir ki, İraq Kürd Muxtariyyətinin sözçüsü Cabbar Yavər yaxın günlərdə Ərbildə toplantı keçirilərək son durumun bir daha müzakirə ediləcəyini bildirib.
İraq mərkəzi hökuməti 2017-ci ildən bəri Kərkük başda olmaqla bölgənin 90 faizinə nəzarəti ələ alıb. Peşmərgə gücləri isə İraq Kürd Muxtariyyətinin sərhədlərinə çəkilib.
İraqın baş naziri Heydər əl-İbadi 2017-ci ilin dekabrında açıqlamasında bildirib ki, İŞİD-ə qarşı mübarizə başa çatsa da bəzi bölgələrdə quldurluq halları geniş yayılıb və mərkəzi ordu bu kimi hallara qarşı mübarizəni davam etdirəcək.