Amerika Birləşmiş Ştatları və Böyük Britaniyadan sonra Almaniya da İraqın şimalına humanitar yardım göndərib. Ölkənin şimalındakı Hon aviabazasından humanitar yardımı daşıyan 4 karqo təyyarəsi havaya qalxıb.
Təyyarələrin 36 ton humanitar yük daşıdığı bildirilir. Yardımın bu axşam İraqın Ərbil şəhərinə çatacağı gözlənilir.
Almaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, humanitar yardım paylanmaq üçün İraqdakı BMT ofisinə təhvil veriləcək.
Almaniya həmçinin İraqa avtomobillər, generatorlar və partlayıcı qurğu detektorlarından ibarət yardım göndərməyi də planlaşdırdığını bəyan edib.
/anspress/