"İranın ABŞ hərbi gəmilərinə qarşı təxribatları. 2015-ci ildə - 22 dəfə, 2016-cı ildə - 36 dəfə, 2017-ci ildə - 14 dəfə, 2018-ci ildə - 0".
Tteleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz Tvitter hesabında yazıb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına istinad edən Tramp İranın 2018-ci ildə ABŞ hərbi gəmilərinə qarşı təxribat törətməməsini müsbət addım kimi qiymətləndirib.