11 İyul 2018 08:32
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çaqqal Karlos” ləqəbli agent - müsəlman adı qəbul edib Salim Məhəmməd Nuri olan İliç Sançesin İsrail və Fransa casusu olduğu iddia olunur.

Teleqraf.com xarici mediaya istinadla bu maraqlı şəxs haqqında bilgiləri təqdim edir.

Latın Amerikalı müsəlmanların ən tanınmışı olan “Çaqqal Karlos” Venesuelada doğulub. Bir sıra cinayətlər törədən Sançes 2007-ci ildən indiyə qədər Fransada Fleury Meroqis həbsxanasında saxlanılır.

Çaqqal Karlos” 1975-ci ildə Fələstin Xalq Qurtuluş Cəbhəsinin düşərgələrində təlim alaraq İsrailə qarşı vuruşub. Sonrakı mərhələdə İsrailə qarşı apardığı mübarizəni Qərbin böyük şəhərlərinə daşıyan “Çaqqal Karlos”bir çox qəzet redaksiyası, bank və səfirliklərə hücumlar təşkil edib. 1980-cı illərdə dünyada ən çox axtarılan cinayətkar elan olunan Karlos MOSSAD, Mərkəzi Kəşfiyyat İdarəsi, Fransa kəşfiyyatı və İnterpolu dəfələrlə aldatmağa müvəffəq olub. Xüsusilə, 1980-cı illərdə həyata keçirdiyi hücumlarla bağlı İliç Sances haqqında bir çox kitablar yazılıb, həyatı haqqında filmlər çəkilib.

Türkiyədə “İnqilabçı islam” adında nəşr edilən kitabda “Çaqqal Karlos” müsəlman inqilabçısı kimi təqdim edilir.

Fransa kəşfiyyatı xidməti (DGSE) 1982-ci ildə fəaliyyətə başlayıb. Əsas məqsədi Fransaya qarşı casusluq edənlərin fəaliyyətini müəyyən etmək, onun qarşısını almaq və kəşfiyyat informasiyası toplamaq olub. Bu qurum Fransa Müdafiə Nazirliyinə tabe olub. DGSE və MOSSAD razılaşma əldə edərək, “Yeni Çaqqal” projesini birgə həyata keçiriblər. Yeni Çaqqal isə Redonie Faid olub. 1972-ci ilin mayında doğulan Faid Əlcəzairdən köçmüş ailənin övladı idi, lakin müsəlman deyildi. Çünki 1990-cı ildə ilk bankı qarət edəndən sonra qaçdığı və dəstək aldığı ölkə İsrail olub. Faidin ailəsi Əlcəzair əsilli yəhudi olub. Fransanın 1830-cu ildə işğal etdiyi Əlcəzairdən çox azsaylı əlcəzairli yəhudi Fransaya köçüb.

DGHSE Faidi beynəlxalq qanqster kimi “əsl çaqqal”ın prototipində ictimaiyyətə tanıdır. Redonie Faid ərəb və ivrit dilini mükəmməl bilirdi. Fransada bir polisi öldürmək cinayətində ittiham olunan Faid bu ölkədə 25 il həbs cəzası alır. Ancaq həbsxanadan “qaçdıqdan” sonra 2010-cu ildə “Oğru: saytlardan böyük cinayət şəbəkələrinə” adlı kitab yazaraq bundan sonra cinayət etməyəcəyini elan edir. Bundan əvvəl də bir helikopter və iki silahlı şəxsin köməyi ilə polisləri aldadaraq, həbsdən qaça bilir. Paris prokurorluğu ölkənin ən ciddi mühafizə olunan Reau həbsxanasında kimsənin burnu qanamadan baş verən qaçışa görə cinayət işi açır.

Faid isə Parisin şimalında helikopterə atəş açdıqdan sonra “Renualt Megane” markalı avtomobillə izini itirə bilir. Faidin qaçırılmasında istifadə edilən avtomobilin Fransanın dünyada məşhur markası olması bu tədbirin Fransa tərəfindən hazırlanmasına dair ciddi şübhələrə yol açır.

Lakin Faid 2011-ci ildə həbs edilir və həbsxanaya göndərilir. Cinayətkar zirehli bank avtomobillərinə hücum üzrə mütəxəssis hesab edilir. 1998-ci ildə yeddi zirehli bank avtomobilini soymağı bacaran, banklara xüsusi hücumlar təşkil edən Faid 30 il müddətinə həbs olunur. Sonradan sərbəst buraxılan Faid iki kitab yazır. Özünü “klassik dövrün qanqsteri” kimi təqdim edən, yeddi zirehli avtomobili soymağı bacaran Faidin izinə 26 ölkə düşüb. Prokuror Fredirik Lefevere Faidi “xüsusilə təhlükəli məhkum” kimi təqdim edir. Faid “cinayət etdikdə Fransadan kənar hansı ölkəyə getmişiniz” sualına cavabında “İsrailə getmişəm” deyib. Faid məşhur qanqster Jak Merini (1936-1979) özünün idealı hesab edib.

Faidin İsraildə nə etdiyi haqda isə çox az informasiya var. Iddia olunur ki, Faid Orta Şərq Yəhudi İcmasına daxil olub, sonrakı illərdə isə zirehli avtomobillərin qarət olunması, partlayıcıdan peşəkar istifadə etməsini İsrail ordusunun təqaüddə olan hərbçisindən öyrənib. 2013-cü ilin aprelində isə İsraildən əldə etdiyi partlayıcı maddədən istifadə edərək həbsxanadan qaça bilib. Faidin həyat yoldaşının həbsxanaya partlayıcı maddə keçirdiyi ehtimal edilsə də, bu iddia heç vaxt öz təsdiqini tapmayıb. Çünki onun vəkili Faidin xanımının qaçış əməliyyatından əvvəl həbsxanaya getmədiyini bəyan edib. Həbsxanadan qaçarkən 4 gözətçini əsir alan Faid bu şəxsləri sonra sərbəst buraxıb, qaçdığı avtomobili yandıraraq, yoxa çıxıb. Redonie Faidin Fransa kəşfiyyatının layihəsi olduğu, əsas məqsədin isə “əsl çaqqal”ın unudulmasına xidmət etdiyi iddia olunur.


Müəllif: Cavad